RU

“Rusiya Ukraynadakı məqsədlərinə sülh müqaviləsi vasitəsilə çatmağa üstünlük verir” Kreml

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Rusiya Ukraynadakı məqsədlərinə sülh müqaviləsi vasitəsilə çatmağa üstünlük verərdi, lakin Kiyev bunu etmək istəməsə, Moskva öz məqsədlərinə xüsusi hərbi əməliyyat vasitəsilə nail olacaq".

Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov televiziya müxbiri Pavel Zarubinə bildirib.

"Məqsədlərimizə razılaşma, sülh razılaşması yolu ilə çatmağa üstünlük verərdik. Lakin, Kiyev rejimi bunu etmək istəməsə, xüsusi hərbi əməliyyatı davam etdirmək və başa çatdırmaqla onu razı salmağa çalışacağıq", - deyə o, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olduğu barədə açıqlamasını şərh edərkən bildirib.

Tramp aprelin 29-da Putinlə sonuncu telefon danışığında Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olduğunu bildirib. Kremlin köməkçisi Yuri Uşakovun sözlərinə görə, "ABŞ Prezidenti hərbi əməliyyatlara tezliklə son qoyulmasının vacibliyini, eləcə də bu səyləri asanlaşdırmağa hazır olduğunu vurğulayıb".

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
50
redaktor.az

10Источники