RU

ƏKİZ bacılar, amma ATALARI BAŞQA


İngiltərədə yaşayan əkiz bacılar Mişel və Laviniya Osborn həyatlarını alt-üst edən bir DNT testi ilə üzləşiblər.

NUH.az   qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə dəqiqəlik fərqlə eyni anadan doğulsalar da, bacıların fərqli ataları olduğu məlum olub.

Bu nadir hadisə tibbdə "heteropaternal superfekundasiya" adlanır və dünyada yalnız 20 hal qeydə alınıb.

49 yaşlı bacılar illərdir bir-birlərinin əkiz olduğunu düşünüblər. Lakin 2022-ci ildə aparılan DNT testi fərqli nəticə göstərib: Mişel və Laviniya bioloji olaraq ögey olublar. Mişel bioloji atasını tapsa da, Laviniyanın atası fərqli bir insan çıxıb.

Bacılar uşaqlıqda fərqli qayğı müəssisələrində böyüsələr də, bir-birlərinə böyük dəstək olublar. Laviniya bacısı haqqında "O, mənim sahib olduğum tək şey idi" deyərkən, Mişel "Dünyaya qarşı sadəcə ikimiz idik" sözləri ilə bağlarını ifadə edib.

DNT nəticələrinə baxmayaraq, bacıların münasibətləri dəyişməyib.

"O, mənim əkiz bacımdır, bunu heç nə dəyişə bilməz", - Mişel vurğulayıb.

Laviniya isə "Biz bir möcüzəyik" sözləri ilə duyğularını ifadə edib.

 


 


Избранный
24
4
nuh.az

5Источники