RU

“Bakı Marafonu 2026”nın qalibləri mükafatlandırıldı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Bakı Marafonu 2026 çərçivəsində mükafatlandırma mərasimi baş tutub.

Girişdən sonra Doğru.az xəbər verir ki, marafonun Sea Breeze Resort ərazisində yerləşən finiş zonasında qaliblərə medalları Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Agalarov Development şirkətinin prezidenti Emin Ağalarov də iştirak ediblər. Sonda xatirə fotosu çəkdirilib.

Kişilər arasında finiş xəttinə ilk çatan Türkiyədən Əhməd Alkanoğlu olub. Ukraynalı Vitaliy Şafar ikinci, Qırğızıstan təmsilçisi Yrskeldi Akerov isə üçüncü yeri tutub.

Qadınların yarışında Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü olub.

Qeyd edək ki, marafon bu il ilk dəfə 21 km deyil, tam 42 km məsafədə keçirilib və yarışa 25 min iştirakçı qatılıb.

DOĞRU.AZ

Избранный
23
48
dogru.az

10Источники