RU

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, ötən tur çempionluğu təmin edən "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub.

Şamaxı şəhər stadionunda oynanılan qarşılaşma Bakı klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra turnir cədvəlində "Sabah" 75 xalla 1-ci, "Şamaxı" 35 xalla 8-cidir.

Günün son oyununda "Zirə" "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, XXX turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Turun digər 2 oyunu mayın 4-ü və 5-də keçiriləcək.


Bizim.Media

Избранный
24
25
bizim.media

10Источники