RU

Kuboku da qazanmağa çalışacağıq Valdas Dambrauskas

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 30-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.Fanat.Az xəbər verir ki, o,  səfərdə 3:0 hesabı ilə qalib gəldikləri görüşü belə şərh edib:

"Oyunçularımı və azarkeşlərimizi təbrik edirəm. Düzdür, bu oyuna köklənmək çətindir. Çünki görüş turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi. Bununla belə, motivasiyalı oynayıb qələbə qazandıq. Komandam göstərdi ki, layiqli çempionuq. "Şamaxı" yaxşı komandadır. Nəticəyə baxmayaraq, asan təslim olmadılar. Komandamla fəxr edirəm. 

Bizim üçün kubok da önəmlidir. Kubok oyunu bir görüşdən ibarətdir. Finalda kim daha az səhv edəcəksə, o da qalib gələcək. Çalışacağıq ikinci titulu da əldə edək". 

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
29
fanat.az

10Источники