RU

"Sabah" "Şamaxı"ya, "Zirə" "Qəbələ"yə qalib gəldi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb. 

Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edib. "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə", həmçinin Premyer Liqada qalmağa çalışan "Qəbələ" üçün son dərəcə vacib olan qələbəni Rəşad Sadıqovun komandası əldə edib.

Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövərəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib.

3 may (bazar)

18:30. “Zirə” - “Qəbələ” - 1:0

Qol: Junior Martins, 78

Zirə İdman Kompleksi

16:00. “Şamaxı” - “Sabah” - 0:3

Qol: Stiv Solvet, 37, Coy Lens Mikels, 77, Umarali Raxmonaliyev, 90-pen.

Şamaxı şəhər stadionu

2 may (şənbə)

“Araz-Naxçıvan” - “İmişli” - 0:1

 “Kəpəz” - “Sumqayıt” - 2:1

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” - “Turan Tovuz”

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” - “Neftçi”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Избранный
26
50
teleqraf.com

10Источники