RU

Türkiyədə sərnişin avtobusu dərəyə aşdı

Türkiyənin şərqindəki Malatya vilayətində sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb, nəticədə dörd nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, qəza Doğanşehir rayonunda, Malatya - Adıyaman magistral yolunda baş verib. Hadisə yerindən çəkilən görüntülərdə avtobusun aşdığı və yolun kənarında böyrüüstə qaldığı görünür. Ərazidə həkimlər, polislər və xilasedicilər fəaliyyət göstərir.

İlkin məlumatlara görə, qəza zamanı ümumilikdə 15 Türkiyə vətəndaşı xəsarət alıb.

Избранный
31
24
publika.az

10Источники