RU

Bakı buxtasında yelkən yarışına yekun vuruldu - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında Bakı buxtasında yelkən idmanı üzrə “Prezident Kuboku" turnirinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan reqatada qaliblər iki günün nəticəsinə əsasən idmançıların xal hesabına görə müəyyənləşib.

Nəticələr aşağıdakı kimi olub:

Optimist sinfi (12 yaşadək)

1 - Kamilla Həsənova (ASİNF)

Optimist sinfi (qızlar)

1 - Səma Mansurzadə (ASİNF)

Optimist sinfi (ümumi kateqoriya)

1 - Kamal Bəşirli (ASİNF)

İLCA 4 sinfi (ümumi kateqoriya)

1 - Nəzrin Məmmədova (ASİNF)

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

2222222222222222222
Избранный
31
22
redaktor.az

10Источники