RU

"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb

"Mançester Yunayted" İngiltərə Futbol Çempionatının 35-ci turunda evdə "Liverpul"u 3-2 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının gələn mövsümündə iştirak hüququ qazanıb.

"Far.Az" xəbər verir ki, qarşılaşma "Old Trafford"da baş tutub.

Qələbə qollarını Mateus Kunya (6-cı dəqiqə), Benyamin Şeşko (14) və Kobbi Meyno (77) vurub. Məğlub komandadan Dominik Soboslai (47) və Kodi Qakpo (56) fərqlənib.

"Mançester Yunayted"in 64 xalı var və liqa turnir cədvəlində üçüncü yerdədir. İngiltərə Premyer Liqasının ilk beş komandası Çempionlar Liqasının gələn mövsümündə iştirak edəcək.

Altıncı yerdə qərarlaşan "Bornmut"un 52 xalı və üç oyunu qalıb. "Liverpul" isə 58 xalla dördüncü yerdədir.

Избранный
27
11
far.az

10Источники