RU

Biləsuvarda 56 yaşlı kişi bıçaq xəsarəti aldı

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Biləsuvarda 56 yaşlı kişi bıçaq xəsarəti alıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev kəsici-deşici alətdən xəsarət alma diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib.

Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə 1970-ci il təvəllüdlü şəxs (kişi) bıçaq xəsarəti səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona qarın divarının açıq yarası diaqnozu təyin edilib.

Hazırda pasiyent üzərində əməliyyat icra olunub. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisənin baş vermə səbəblərinə gəlincə, aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
34
lent.az

10Источники