RU

Ən yaxşı on “Android” smartfonunun adı açıqlandı

AnTuTu bençmarkının tərtibatçıları istifadəçi rəylərinə əsaslanan aprel ayı üçün “Android” smartfonlarının reytinqini dərc ediblər.

Publika.az xəbər verir ki, aprel siyahısının lideri 98,33 faiz istifadəçi məmnuniyyəti ilə “ZTE nubia Z80 Ultra flaqman” smartfonu olub. Ondan sonrakı pillələrdə “Oppo K13 Turbo 5G” (98,21 faiz), “Oppo Find X8 Ultra” (95,29 faiz) və “Oppo Find X8S” (94,93 faiz) qərarlaşıb.

Beşinci yerdə orta hesabla 94,78 faiz qiymət alan “ZTE nubia Z70S Ultra” yer alıb. Altıncıdan doqquzuncuya qədər olan yerləri “Honor Magic 8” (94,5 faiz), “Xiaomi 15 Ultra” (94,15 faiz), “OnePlus Ace 6” (93,83 faiz) və 93,81 faiz müsbət rəy ilə subflaqman “Honor 400 Pro” tutub.

İlk onluğu 93,57 faiz istifadəçi məmnuniyyəti ilə “flaqman realme GT 8 Pro” tamamlayır.

AnTuTu nümayəndələri vurğulayıblar ki, onların reytinqi texniki göstəricilərə deyil, istifadəçi rəylərinə əsaslanır. Cihazın siyahıdakı ümumi balı müsbət qiymətləndirmələrin sayından asılıdır.

Избранный
2
19
publika.az

10Источники