RU

Azərbaycanın təkər bazarında qıtlıq yaranıb

Bazarlarda Asiya istehsalı olan təkərlərin qıtlığı yaranıb. Hətta, bəzi ölçülərdə olan təkərlər belə aylardır ki, tapılmır. Bu da təkər bazarında durğunluğa səbəb olub.

Satıcılar deyirlər ki, Hörmüz boğazında yaranan məhdudiyyətlər avtomobil təkəri bazarına birbaşa təsir edib. Tayland, Tayvan və Çindən məhsulların ölkəyə çatdırılması çətinləşib, nəticədə bəzi ölçülərdə təkərlər, demək olar ki, tapılmır.

Satıcılar bildirirlər ki, anbarda olan ehtiyatlar da sürətlə azalır və bu, bazarda seçim imkanlarını məhdudlaşdırır. Onların sözlərinə görə, təkər təminatındakı problem maddi zərərlə yanaşı, müştəri itkisi də yaradır:

Sahibkarlar deyirlər ki, məhsullar alternativ və daha uzun marşrutlarla gətirildiyi üçün daşınma xərcləri yüksəlib. Bu da satış qiymətlərində orta hesabla 10-15 faiz bahalaşmaya səbəb olub.

Избранный
5
10
banker.az

10Источники