RU

"Bir anlıq oyundan qopduq"

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted”ə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Onların güclü tərəflərinə nəzarət edə bilmədik. Biz bu üstünlükləri bilirdik. Onlardan ikisi standart vəziyyətlər və əks-hücumlardır. İlk qol da məhz standart vəziyyətdən vuruldu. İkinci qola gəlincə isə, ‘Mançester Yunayted’ kimi rəqibə qarşı harada top itirmək lazım olmadığını başa düşmək vacibdir”, – deyə məşqçi bildirib.

Slot qeyd edib ki, komanda 0:2 hesabı ilə geridə olmasına baxmayaraq oyuna qayıtsa da, ani diqqətsizlik nəticəsində yenidən qol buraxıb: “Biz hesabı bərabərləşdirdik, amma adətən olduğu kimi, bir anlıq oyundan qopduq və dərhal qol buraxdıq”.

Bu oyundan sonra “Liverpul” 58 xalla turnir cədvəlində dördüncü pilləyə enib. “Mançester Yunayted” isə 64 xalla üçüncü yerdə qərarlaşıb.

Избранный
1
15
90deqiqe.az

10Источники