RU

"Onun baş məşqçi olduğunu bilmirdim"

style='margin-bottom:10px;'>

"Bavariya"nın sabiq müdafiəçisi Buna Sarr Hans-Diter Fliklə bağlı maraqlı etiraf edib.

QOL.az xəbər verir ki, fransalı sağ cinah müdafiəçisi Fliklə "Bavariya"ya rəsmi transferindən aylar əvvəl, sabiq klubu "Marsel"lə Münhen təmsilçisi arasındakı yoldaşlıq oyununda qarşılaşdığını deyib. Lakin o, mütəxəssisi dərhal tanımadığını etiraf edib: 

"Fasilə zamanı o, mənə əlini uzadaraq "Super oyunçu!" dedi. Onun məşqçilər korpusunun sıravi bir üzvü olduğunu düşündüm və təmkinli davrandım. Yalnız sonradan anladım ki, o, Çempionlar Liqasının yeni qalibi olmuş "Bavariya"nın baş məşqçisidir".

Müdafiəçi zədələr səbəbindən "Bavariya"da gözləntiləri doğrultmasa da, Flikin ona hər zaman dəstək verdiyini vurğulayıb.

Xatırladaq ki, 2024-cü ildə komandanı tərk etdikdən sonra, təxminən il yarım klubsuz qalan 34 yaşlı müdafiəçi bu ilin əvvəlində yetirməsi olduğu "Mets"lə müqavilə imzalayıb.

Избранный
38
50
teleqraf.com

10Источники