RU

ABŞ İranın sülh planına “YOX” deyib? - Açıqlama

İran rəsmi Tehranın irəli sürdüyü 14 bəndlik sülh planına ABŞ-nin təqdim etdiyi cavabı araşdırdığını açıqlayıb.

 

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. O qeyd edib ki, rəsmi Vaşinqtonun mövqeyi Pakistan vasitəsilə Tehrana çatdırılıb və İran uyğun cavab hazırlanması üçün bunu dəyərləndirir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump daha əvvəl açıqlamasında İranın təklifini nəzərdən keçirəcəyini, lakin onun qəbul edilə biləcəyinə şübhə etdiyini bildirib. O, İranı son onilliklərdəki siyasətinə görə tənqid edib və mövcud təklifin ABŞ üçün uyğun olmadığını iddia edib.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusuna bağlı kəşfiyyat qurumu ABŞ-nin qərar imkanlarının məhdudlaşdığını bəyan edib. Vaşinqtonun çətin hərbi əməliyyat və pis razılaşma arasında seçim etməyə məcbur olduğunu söyləyib.

Hazırkı vəziyyət tərəflər arasında gərginliyin davam etdiyini və diplomatik prosesin qeyri-müəyyən qaldığını göstərir.

Aydın

Избранный
30
bakivaxti.az

1Источники