RU

“6-cı dəqiqədə qol buraxmaq oyunu çətinləşdirdi”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted”ə səfərdə 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

“Çox oyunlarda uduzmuşuq, bu doğrudur. Bilirdik ki, rəqib matça aqressiv başlayacaq. İlk qolu nə vaxt buraxdıq? Deyəsən, 6-cı dəqiqədə. İlk 6 dəqiqədə gördüm ki, ikili mübarizələrdə zəifik, baxmayaraq ki, yüksək pressinq etdiyimiz bəzi anlar da oldu. Amma bu stadionda 6-cı dəqiqədə qol buraxırsansa, bunun çətin oyun olacağını anlayırsan”, – deyə o bildirib.

Slotun sözlərinə görə, komanda ilk qoldan sonra oyuna nəzarəti ələ almağa çalışsa da, ikinci qolu buraxıb: “Bundan sonra oyuna nəzarət etdiyimizi düşünürdüm, amma topu itirdik və ikinci qolu buraxdıq. Bu, əlbəttə, tənqidə açıqdır. Amma məncə, ilk və ikinci hissələr arasında böyük fərq yox idi. Yeganə fərq o idi ki, əks-hücumların qarşısını daha yaxşı almağa və topa sahib olaraq daha çox şans yaratmağa başladıq”.

 

Избранный
31
90deqiqe.az

1Источники