RU

Elvin oyunda yerə yıxıldı, azarkeş onunla şəkil çəkdirdi Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ”ın əsas heyətindən kənarlaşdırılaraq əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin oyunda başına maraqlı hadisə gəlib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən hadisə Əvəzedicilər Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçında (5:1) yaşanıb.

Belə ki, Ağdam təmsilçisinin böyükhesablı qələbəsində qollardan birinin müəllifi olan təcrübəli futbolçu rəqib komandanın hücumu zamanı qapı qarşısında mübarizə apararkən yerə yıxılıb. Elə bu an azarkeşlərdən biri fürsətdən istifadə edərək meydana daxil olub. O, yerdə uzanan Elvinə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Hadisənin oyunun gedişatında baş verməsi isə həm futbolçuları, həm də azarkeşləri təəccübləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
qafqazinfo.az

2Источники