RU

Dənə dənə çiyələk mürəbbəsi hazırlamağın sirri

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ev üsulu çiyələk mürəbbəsində meyvələrin formasını qoruması və şərbətin şüşə kimi şəffaf olması düzgün bişirmə texnikasından asılıdır.

Milli.Az meyvələrin dağılmasının və rənginin qaralmasının qarşısını almaq üçün aşağıdakı metodlardan istifadəni tövsiyə edir:

Mükəmməl nəticə üçün mümkün qədər kiçik və sərt meyvələr seçilməlidir. Çiyələklərin bütövlüyünü qorumaq üçün onları bişirmədən əvvəl əsla doğramaq olmaz. Meyvələr şəkərlə birlikdə bir gecə gözlədilməlidir ki, öz suyunu salsın və kənardan su əlavə etməyə ehtiyac qalmasın.

Meyvələrin dağılmasını önləyən ən vacib addım qaynama başladıqdan qısa müddət sonra çiyələkləri kəfkir vasitəsilə qazandan çıxarmaqdır. Bu, meyvələrin yüksək temperaturda rənginin qaralmasının və formasını itirməsinin qarşısını alır. Meyvələr kənarda gözləyərkən, qazanda qalan şərbət təkbaşına qaynadılaraq daha şəffaf və qatı hala gətirilir.

Meyvələr kənarda olarkən qaynadılan şərbətə əlavə edilən təzə limon suyu mürəbbənin şəkərlənməsinə mane olur və parlaqlığını artırır. Aşağı odda və qapağı qapalı şəkildə həyata keçirilən bu proses şərbətin şüşə kimi şəffaf görüntüsünə qovuşmasını təmin edir.

Diri çiyələklər yenidən şərbətlə birləşdirildiyi anda əlavə edilən az miqdarda kərə yağı köpüklənmənin qarşısını alır və mürəbbəyə parlaqlıq verir. Hazır olan mürəbbə sərin və günəş görməyən bir mühitdə saxlanılmalıdır ki, rəngi və təravəti uzun müddət qorunsun.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
news.milli.az

1Источники