RU

Superliqa: Elitada qalmaq uğrun mübarizə aparan komandalar görüşüb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyə Superliqasında 32-ci turun oyunları başa çatıb. Autsayderlər qrupunda yer alan komandaların qarşılaşmaları elitada qalmaq mübarizəsini daha da gərginləşdirib.

İdman.Biz xəbər verir ki, “Kasımpaşa” öz meydanında “Kocaelispor” ilə 1:1 hesablı heç-heçə edərək mühüm xal qazanıb. Matçın ikinci dəqiqəsində Adrian Benediçak meydan sahiblərini önə keçirsə də, 23-cü dəqiqədə Den Acye hesabı bərabərləşdirib.

Bu nəticə ilə xallarını 32-yə çatdıran “Kasımpaşa” düşmə zonasından dörd xal uzaqlaşıb. Komanda növbəti turda “Gənclərbirliyi” ilə oyunda bir xal alacağı təqdirdə Superliqada qalmağı təmin edəcək.

Turun digər kritik matçında “Kayserispor” və “Eyüpspor” qalib ola bilməyiblər - 1:1. Qarşılaşmanın dördüncü dəqiqəsində Lukkas Klaronun qolu ilə hesabda geri düşən kayserililər 60-cı dəqiqədə İndrit Tuçinin sayəsində tarazlığı bərpa ediblər. Qeyd edək ki, “Kayserispor”un Fedor Çalovla vurduğu qol VAR araşdırmasından sonra ofsayd səbəbindən ləğv edilib.

Hazırda “Eyüpspor” 29 xalla təhlükəli zonadan cəmi bir xal yuxarıda, “Kayserispor” isə 27 xalla düşmə zonasında qərarlaşıb.

Günün daha bir nəticəsi “Fatih Karagümrük” və “Gənclərbirliyi” oyununda qeydə alınıb. Turnir cədvəlinin sonuncu pilləsində olan İstanbul təmsilçisi Tiago Çukurun 17-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq ümidlərini qoruyub. Volkan Demirelin baş məşqçisi olduğu “Gənclərbirliyi” isə bu məğlubiyyətdən sonra 28 xalla aşağı liqaya düşmə zonasına geriləyib.

Nəhayət, turun dördüncü qarşılaşmasında “Antalyaspor” öz meydanında “Alanyaspor”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hesab açılmayıb. Oyunun birinci hissəsində hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, tərəflər fasiləyə qolsuz yollanıblar. Matçın 63-cü dəqiqəsində Limanın baş zərbəsindən sonra top tora daxil olsa da, baş hakim Atilla Karaoğlan VAR sistemindəki baxışdan sonra faul səbəbindən qolu ləğv edib və oyun 0:0 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra 29 xalı olan “Antalyaspor” da aşağı liqaya düşmə həddindən bir xal yuxarıda qərar tutub. “Alanyaspor” isə 34 xalla 14-cüdür.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники