RU

“Sabah” üçün rayonda çempionluq dəhlizi quruldu - VİDEO

Azərbaycan Premyer Liqasının XXX turunda “Şamaxı” doğma meydanda çempionluğunu rəsmiləşdirən “Sabah”ı qəbul edib.

Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüşün əvvəlində meydan sahibi komanda tarixində ilk dəfə qızıl medallara sahib çıxan paytaxt təmsilçisinə jest edərək çempionluq dəhlizi qurub.

Daha sonra baş hakim Kamal Umudlunun start fiti ilə oyun başlayıb.

Xatırladaq ki, ötən il “Şamaxı” çempionluğunu rəsmiləşdirən “Qarabağ”a da eyni şəkildə çempionluq dəhlizi qurmuşdu.

Valdas Dambrauskasın komandası“Qarabağ”ı üstələyərək tarixində ilk dəfə çempion olub.

Избранный
52
sportinfo.az

1Источники