Mərakeşdə keçirilən "Afrika Aslanı" birgə təlimində iştirak edən iki amerikalı hərbçinin yoxa çıxması terror təhlükəsi ilə əlaqəli deyil.
"Far.Az"un məlumatına görə, bu barədə Mərakeş Silahlı Qüvvələrindəki yüksək vəzifəli mənbə "Hespress"ə bildirib.
Onun sözlərinə görə, Kap Draa ərazisində hərbçilərin yoxa çıxması heç bir hədəf terror fəaliyyəti ilə əlaqəli deyil.
Mənbə qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir və aidiyyəti qurumlar itkin düşmüş hərbçilərin tezliklə tapmağı gözləyirlər.
Portala görə, onlar sonuncu dəfə Kap Draadakı təlim poliqonunun yaxınlığında yerləşən sahil qayasının yaxınlığında görülüb. Hərbçilərin qayadan Atlantik okeanına düşmüş olmaları mümkündür.