RU

İcazəsiz ov edən rayon rəhbəri SAXLANILDI – FOTO

Buryatiyada rayon rəhbəri icazəsiz ov edərkən saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “112” məlumat yayıb.

Buryatiyanın Zakamensk rayonunun başçısı Sergey Qonjitov üçün ov mövsümü uğursuz nəticələnib. Məmur heç bir ov icazəsi olmadan maral  ovlayarkən yerli sərhədçilər tərəfindən saxlanılıb.

Hadisə aprel ayının əvvəllərində baş verib. Məlumata görə, Sergey Qonjitov özünün “Land Cruiser” markalı avtomobili ilə sürücüsünü də yanına alaraq, Aynek-Qol ərazisindəki ovçuluq təsərrüatlarına yollanıb.

Orada o, istilik-vizor (teplovizor) ilə təchiz olunmuş odlu silahla qırmızı maralı vurub, cəsədi hissələrə ayıraraq baqaja yerləşdirib.

Lakin ovdan qayıdarkən gecə saatlarında sərhəd idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məmur “112” kanalı ilə söhbətində faktı təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
57
interpress.az

1Источники