RU

Türkiyədə əks yola çıxan "TIR" 4 nəfərin ölümünə səbəb olub

Türkiyədə əks yola çıxan "TIR" 4 nəfərin ölümünə səbəb olub.

"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Ürünköy yaxınlığında, Uşak-İzmir avtomobil yolunda baş verib.

Məlumata görə, əks zolağa keçən "TIR", sərnişin avtobusu daxil olmaqla altı nəqliyyat vasitəsi ilə toqquşub və nəticədə zəncirvari qəza baş verib.

Hadisə yerinə yanğınsöndürmə, polis və tibb qrupları cəlb edilib. Qəza nəticəsində dörd nəfər ölüb, 17 şəxs yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Magistral yolda nəqliyyatın hərəkəti dayandırılıb. Qəza ilə bağlı araşdırma başlanıb.

Избранный
44
1
far.az

2Источники