RU

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Son vaxtlar Xəzər dənizi akvatoriyasında ardıcıl zəlzələlər müşahidə olunur. Seysmoloji xidmətlərin məlumat bazalarında bu hadisələr əsasən kiçik və ortamaqnitudalı təkanlar kimi təsnif edilir. Aprel ayında Xəzər dənizində 16-dan 18-ə qədər zəlzələ qeydə alınıb. Bu aktivlik çərçivəsində, xüsusilə aprelin 8-də 5.3 maqnitudalı, aprelin 12-də isə 4.6 maqnitudalı zəlzələlər baş verib.

Ekologiya.az xəbər verir ki, Xəzər seysmik baxımdan tam sakit zona deyil. Amma belə ardıcıl və hiss olunan təkanların bir-birinin ardınca baş verməsi son illərlə müqayisədə daha çox diqqət çəkir.

Bu aktivliyin əsas səbəbləri nədir və hansı geoloji proseslərlə əlaqələndirilir?

Xəzərdə


“Aktiv bölgələrdə zəlzələlərin qeydə alınması normaldır”


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması normaldır: “Azərbaycan ərazisi Alp-Himalay seysmik qırışıqlığının üzərində yerləşir və Xəzər dənizi seysmik baxımından aktiv bölgələrimizdən biridir. Aktiv bölgələrdə vaxtaşırı zəlzələlərin qeydə alınması halı mümkündür. Yəni ərazi seysmikdirsə, orada zəlzələ ehtimalı var. Xəzər dənizində və respublikanın quru ərazisində baş verən maqnitudası üç və üçdən yuxarı olan zəlzələlər haqqında məlumatları RSXM-nin rəsmi internet səhifəsi üzərindən daim ictimaiyyətin diqqətinə çatdırırıq”.

Избранный
26
ekologiya.az

1Источники