RU

ABŞ Hörmüzdə yeni missiya başladır 15 min hərbçi cəlb olunacaq

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın Hörmüz boğazında ticarət gəmilərinin sərbəst hərəkətini bərpa etmək təşəbbüsünü dəstəkləyir.

Yeniavaz.com xəbər verir ki, bu barədə CENTCOM komandanı admiral Bred Kuper bildirib.

“Prezidentin göstərişi ilə həyata keçirilən bu missiya ticarət gəmilərinin həyati əhəmiyyətli beynəlxalq ticarət dəhlizindən sərbəst keçidini asanlaşdıracaq. Dünyanın dəniz yolu ilə neft daşınmalarının dörddə biri və əhəmiyyətli miqdarda yanacaq və gübrə bu boğazdan keçir”, - deyə Kuper bildirib.

Bu gün – mayın 4-dən etibarən başlayacaq missiyaya “Azadlıq Layihəsi” adı verilib.

Mərkəzi Komandanlığın məlumatına görə, “Azadlıq Layihəsi”nə hərbi dəstək idarə olunan raket esminetslərini, yüzdən çox quru və dəniz təyyarəsini, çoxsahəli pilotsuz platformaları və 15 min hərbi personalı əhatə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
2
yeniavaz.com

3Источники