RU

Mərkəzi arenada vacib qarşılaşma: “Qarabağ” “Turan Tovuz”u qəbul edir

Bakı, 4 may, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun mərkəzi oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ikinci yer uğrunda mübarizə aparan 2 komanda – “Qarabağ” və “Turan Tovuz” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Saat 19:30-da start götürəcək matçı Rəşad Əhmədov idarə edəcək.

Turnir cədvəlində Ağdam klubu 59 xalla 2-ci, Tovuz təmsilçisi 56 xalla 3-cüdür.

Qeyd edək ki, XXX turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a 2:1, “İmişli” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə 1:0, “Sabah” isə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəlib. Tura mayın 5-də keçiriləcək “Karvan-Yevlax” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

Избранный
26
1
azertag.az

4Источники