RU

7 OPEC+ ölkəsi neft hasilatı ilə bağlı qərar qəbul etdi

Banco.az saytına istinadən ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

7  OPEC+ ölkəsi qlobal neft bazarındakı vəziyyəti müzakirə etmək üçün onlayn iclas keçirib.

Banco.az xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman kimi əsas istehsalçılar iştirak ediblər.

Bəyanata əsasən, iştirakçı ölkələr 2023-cü ilin aprelində razılaşdırılmış könüllü hasilat məhdudiyyətlərini və bazar sabitliyini nəzərə alaraq, iyun ayından etibarən neft hasilatını gündəlik 188 min barel artırmaq barədə qərar qəbul ediblər.

Qeyd olunub ki, bu qərar bazardakı vəziyyətdən asılı olaraq dəyişdirilə, dayandırıla və ya tamamilə ləğv edilə bilər. OPEC+ qrupu aylıq əsasda bazar şərtlərini, istehsal səviyyələrini və kompensasiya mexanizmlərini izləməyə davam edəcək.

Növbəti iclasın iyunun 7-də keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
banco.az

2Источники