RU

Bu il dini ziyarət üçün İrana gedən azərbaycanlıların sayı 68 faiz artıb


Bu ilin yanvar-mart aylarında turizm məqsədilə İrana 1 813 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 78,6 faiz və ya 798 nəfər artıb.
Qeyd edək ki, bu ilin ilk 3 ayında İrana gedən Azərbaycan vətəndaşlarının 46,8 faizi və ya 848 nəfəri qonşu ölkəyə işgüzar məqsədlə səfər edib. Bundan başqa, 156 nəfər istirahət və əyləncə, 355 nəfər qohumlara və dostlara baş çəkmək, 71 nəfər müalicə, 317 nəfər isə dini ziyarət məqsədilə İrana gedib.
Ötən ilin eyni dövrü ilə müqayisədə işgüzar məqsədlə İrana gedənlərin sayı 5,1 dəfə, dini ziyarət üçün gedənlərin sayı isə 68 faiz artıb.
Məlumat üçün bildirək ki, bu ilin fevral ayının 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və aprelin 7-də tərəflər müvəqqəti atəşkəs elan ediblər.

Elnur Əli
Избранный
7
2
yeniavaz.com

3Источники