RU

Fariz İsmayılzadə ilə Tomris Azəridən nümunəvi addım

ain.az bildirir, Modern.az portalına istinadən.

77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Fariz İsmayılzadə və Amerikadakı Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azərinin təşəbbüsü ilə ali və orta ixtisas təhsili alan 10 lənkəranlı qızın təhsil haqqı qarşılanacaq.

Modern.az xəbər verir ki, layihənin maliyyələşdirilməsini Amerika Azərbaycan Cəmiyyəti üzərinə götürüb. Təşəbbüsün məqsədi regiondan olan qızların təhsilə çıxışını genişləndirmək və onların sosial inkişafına dəstək verməkdir.

Layihə, həmçinin vaxtilə bölgədə ilk xeyriyyə cəmiyyətinə rəhbərlik etmiş Məryəm Bayraməlibəyovanın fəaliyyətinin mənəvi davamı kimi dəyərləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
modern.az

1Источники