RU

Avropa Siyasi Birliyinin İrəvan sammitində hərbi məsələlər müzakirə ediləcək

BAKI, 4 may. TELEQRAF

Avropa Siyasi Birliyinin bu gün İrəvanda keçiriləcək sammitində hərbi məsələlər müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen İrəvanda jurnalistlərə deyib.

O bildirib ki, enerji böhranından sonra ikinci mövzu müdafiə məsələləri olacaq.

Leyen Avropa İttifaqının hərbi təchizat zəncirlərini tam qurmaq niyyətində olduqlarını qeyd edib: “Müdafiə və təhlükəsizlik sahəsində daha çox müstəqilliyə ehtiyacımız var. Özümüzü müstəqil şəkildə müdafiə edə və qoruya bilmək üçün hərbi imkanlarımızı gücləndirməliyik”.

Избранный
16
teleqraf.com

1Источники