RU

İran Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi

İran Silahlı Qüvvələri Hörmüz boğazını izləməyə davam edir və bütün gəmiləri Tehranın razılığı olmadan keçməkdən çəkinməyə çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Xatəm əl-Ənbiya Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Əli Əbdüllahi bildirib.

"Biz Hörmüz boğazının təhlükəsizliyini tam təmin edirik və vəziyyəti idarə edirik. Bütün ticarət gəmilərini və neft tankerlərini təhlükəsizliyini təhlükəyə atmamaq üçün Hörmüz boğazında yerləşən silahlı qüvvələrlə əlaqələndirilmədən hər hansı bir tranzit hərəkətindən çəkinməyə çağırırıq", - deyə o İranın dövlət televiziyasına bildirib.

Əbdüllahi xəbərdarlıq edib ki, hər hansı xarici hərbi qüvvələr, xüsusən də ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd göstərərsə, hücuma məruz qalacaqlar.

Избранный
22
ucnoqta.az

1Источники