Böyük Britaniya Ukraynaya 90 milyard avroluq Avropa krediti hesabına hərbi təminatda iştirak etmək üçün Brüssellə danışıqlara başlayacaq.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Baş naziri Keir Starmerin ofisi 4 mayda Ermənistan paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində iştirak etməzdən əvvəl yayıb: "İrəvanda keçiriləcək EPC sammitində Starmer bəyan edəcək ki, Böyük Britaniya Ukraynanın həyati əhəmiyyətli hərbi avadanlıq almasını təmin etmək üçün Aİ ilə qüvvələrini birləşdirmək istəyir".
Ofisdən əlavə ediblər ki, Ukraynaya bu əlavə maliyyələşdirmə "Britaniya şirkətləri üçün Ukraynanın təcili silah ehtiyaclarını ödəmək və "Britaniya müdafiə sənayesinə böyük müqavilələrə çıxış imkanı vermək" üçün yeni imkanlar aça bilər.
Britaniya Baş nazirinin ofisi də bu cür danışıqları Aİ ilə daha sıx əməkdaşlıq istiqamətində "əhəmiyyətli addım" adlandırıb.
Eyni zamanda rəsmi London Moskvanın hərbi imkanlarını azaltmaq üçün Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların "bu həftənin sonlarında" elan ediləcəyinə söz verib.
Musavat.com