RU

Netanyahunun məhkəməsi başlamasına saatlar qalmış təxirə salındı

Korrupsiya ittihamları ilə üzləşən İsrail Baş naziri Netanyahunun məhkəməsi başlamazdan bir neçə saat əvvəl təxirə salınıb.

Turkustan.az xəbər verir ki, Netanyahunun davam edən korrupsiya işləri ilə əlaqədar bu gün hakim qarşısına çıxması gözlənilirdi.

Korrupsiyada ittiham olunan İsrail Baş naziri Binyamin Netanyahunun məhkəməsinin başlamasından bir neçə saat əvvəl təxirə salındığı bildirilir.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahunun ifadə verməli olduğu dinləmə müdafiə tərəfinin xahişi ilə daha gec bir tarixə təxirə salınıb.

Dinləmə bu gün Netanyahunun vəkili Amit Haddadın dünən gecə verdiyi xahişlə təxirə salınıb.

Məhkəmə iclasının təxirə salınma səbəbi barədə heç bir məlumat verilməyib.

Korrupsiya ittihamları ilə mühakimə olunan Netanyahunun bu gün məhkəmə qarşısına çıxacağı gözlənilirdi.

İsrailin Baş naziri Netanyahu 81 dəfə məhkəmə qarşısına çıxıb və onun üç korrupsiya işindən sonuncusu aprelin 28-də dinlənilib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
1
turkustan.az

2Источники