RU

Müharibə cinayətləri törətmiş şəxsləri azad etmək hüquq sisteminə təhdiddir

Hazırda Azərbaycan həbsxanalarında cəza çəkən separatçılarının liderləri, dinc insanlara qarşı törədilmiş terror aktlarının iştirakçıları olan 19 ermənin azad olunması ilə bağlı bu gün bəzi qüvvələr yaxalarını cırırlar. Xüsusilə erməni milyarderlərinin pul kisəsindən asılı vəziyyətdə olan Avropa Parlamentinin üzvləri, Rusiyanın bəzi dairələrin qaranlıq layihələrinin icraçıları və digər qüvvələr bu prosesdə fəallıq göstərirlər. Rusiyanın strateji maraqlarından biri odur ki, Qarabağ serparatçılarının əli ilə Cənubi Qafqazı nəzarətində saxlasın. Avropa Parlamentinin bəzi üzvlərini və digər bu kateqoriyadan olan şəxsləri isə erməni lobbisinin verəcəyi maliyyə düşündürür.

Bəs həbsdə yatan bu cinayətkarlar kimdir?

Xatırladırıq ki, 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror tədbirlərindən sonra ermənilərdən ibarət cinayətkar şəbəkənin üzvləri həbs edildi. Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının dünyanın gözü qarşısında məhkəmə prosesi çox aşkar keçirildi. Hüququn bütün tələblərinə uyğun aparılmış bu prosesdə çoxsaylı şahid ifadələri dinlənildi, irəli sürülmüş ittihamlar öz əsaslı təsdiqini tapdı. Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan həmin ermənilər təkzibolunmaz faktlarla, əsaslı sübutlarla üz-üzə qaldılar.

Günahsız azərbaycanlıların qanını tökən həmin qatillərin müdafiəsi ilə bağlı bütün cəhdlər əbəsdir. Ona görə ki, təkzibolunmaz faktlar təsdiqni tapdı.

Azərbaycan yalnız torpağını işğaldan azad etmədi, həm də ermənilərin yaratdığı cəzasızlıq mühitinə, separatizmə son qoydu. Bu gün münaqişələrdən, separatizmdən, əsassız torpaq iddialarından əziyyət çəkən dünya üçün bu, yaxşı örnəkdir.

Bir məqamı qeyd edim ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa separatizmin dəhşətli tərəfini gördü və bu gün öz sərhədlərində hiss edir. Xüsusulə Ukrayna ərazisi olan Xerson, Luqansk və Donbasın Rusiya tərəfdən separatizm ünsürü kimi istifadə edilməsi faktı dünya üçün acı nəticə oldu. Ona görə, özünə hörmət qoyan hər bir dövlət, beynəlxalq qurumlar separatizmə dəstək verməməlidir.

Əkrəm Bəydəmirli

Избранный
18
2
herbiand.az

3Источники