RU

DSMF 4 ayda 7 mindən çox vətəndaş müraciətini cavablandırıb

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial şəbəkələr vasitəsilə 7 164 vətəndaş müraciətini cavablandırıb.

SİA bu barədə DSMF-yə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərin 2 669-u ünvanlı dövlət sosial yardımı, 1 384-ü pensiya təyinatı, 1 881-i sosial müavinət və təqaüd, 141-i sosial sığorta və fərdi uçot, 1 089-u isə digər istiqamətlər üzrə olub.

Избранный
1
3
sia.az

4Источники