RU

Səfir: Macarıstanın Azərbaycana ixracının yarısı əczaçılıq məhsullarının payına düşür

Bakı, 4 may, AZƏRTAC

Son illər ərzində Azərbaycanda əczaçılıq sənayesinin təşəkkül tapmasının şahidiyik. Ötən ilin payızında Prezident İlham Əliyev tərəfindən "Scandens" əczaçılıq müəssisəsinin açılması tarixi bir hadisədir.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman "Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II beynəlxalq konfransda çıxış edərkən deyib.

Səfir Macarıstanın iki böyük əczaçılıq şirkətinin Azərbaycanda təmsil olunduğunu qeyd edib. O bildirib ki, Macarıstanın Azərbaycana ixracının yarısı əczaçılıq məhsullarının payına düşür:” Macarıstanın 10 aparıcı əczaçılıq şirkəti var. Bunun yerli dərman istehsalı və onun milli iqtisadiyyata müsbət təsirini əyani olaraq ölkəmizdə görürük”.

Onun sözlərinə görə, qlobal səhiyyə və əczaçılıq sanyesinin yeni texnologiyalarla təşəkkül tapması yeni əməkdaşlıq imkanları tələb edir: "Biz Türk Dövlətləri Təşkilatını bu sahədə gözəl fürsət kimi görürük. Bu konfransda beynəlxalq və macar əczaçı sənayesinə dair rəqəmsallaşma ilə bağlı təcrübə mübadiləsi aparmaq imkanımız olacaq".

Müxbir - Günel Türksoy
Fotoqraf - Tofiq BabayevVideoopera
tor - Vüsal Tağıyev
Избранный
14
1
azertag.az

2Источники