RU

Fransa prezidentliyinə namizədlər seçki marafonuna sosial şəbəkələrdən başlayıblar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paris, 4 may, AZƏRTAC

Fransada prezident seçkilərinə bir il qalmış rəsmi və ya potensial namizədlər artıq Facebook, Instagram və TikTok-da fəaldırlar.

AZƏRTAC xəbər verir ki, Marin Tondelye, Jordan Bardella və Eduard Filip kimi siyasətçilər sosial media vasitəsilə seçicilərinə yaxınlaşmağa çalışırlar.

Rəsmi namizəd Klemantin Otən hər həftə videolar paylaşır. Mətbəxdə kartof soyarkən ictimai səhiyyədən danışdığı klip 2,5 milyon baxış toplayıb. Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə siyasəti gündəlik həyatda insanlara yaxın etmək mümkündür.

Platformalarda Jordan Bardellanın 1,3 milyon izləyicisi var, Marine Le Pen X platformasında və Facebook-da liderdir, “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon isə YouTube və TikTok-da 2,8 milyondan çox izləyici ilə qabaqdadır.

Siyasi kommunikasiya müşaviri Arnol Şamprömye-Triqano bildirir ki, prezident seçkisi qismən sosial şəbəkələrdə müəyyənləşəcək və gənclərin yarısı (25 yaşdan aşağı) məlumatı ilk növbədə buradan alır. Buna görə də namizədlər erkən kampaniyalarını və öz əsas icmalarını formalaşdırmaq üçün yarışa başlayıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
azertag.az

2Источники