RU

Tramp yenidən Netanyahunun əfv olunması üçün çağırış etdi

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti İsxak Hersoqun İsrailin Baş naziri Benyamin Netanyahunu ona qarşı davam edən məhkəmə prosesi fonunda əfv etməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə İsrailin “Kan” dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

Tramp Netanyahunu müharibə dövrünün baş naziri adlandırıb.

Trampın sözərinə görə, o və Netanyahu olmasaydı İsrail mövcud olmazdı.

Tramp əlavə edib ki, İsrailin cəfəng şeylərə deyil, müharibəyə diqqət yetirən baş nazirə ehtiyacı var.

Qeyd edək ki, Benyamin Netanyahu çoxsaylı korrupsiya ittihamları ilə mühakimə olunur. Ancaq İsrail prezidenti İsxak Hersoqun onu əfv etmək planı yoxdur. “The New York Times” qəzetinin məlumatına görə, Hersoq bu siyasi cəhətdən həssas məsələnin həllində İsrail Baş nazirinin günahını boynuna almasını tələb etmək niyyətindədir. İsrail Ədliyyə Nazirliyi bildirir ki, Netanyahu törətdiyi cinayətləri etiraf etməsə və ya istefa verməsə, hazırda əfv üçün heç bir hüquqi əsas yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
yeniavaz.com

1Источники