"Qarabağ"ın sabiq hücumçusu Juninyo Meksika çempionatında baxımlı qolun müəllifi olub.
QOL.az xəbər verir ki, 17-ci turda "CF Amerika"ya qarşı keçirilən səfər matçında (3:3) 29 yaşlı braziliyalı komandasının ilk qolunu vurub.
Bu, onun Meksika çempionatında 18 oyuna 8-ci qoludur.
Qeyd edək ki, bu qələbədən sonra "Pumas" "Guadalajara" ilə birgə 36 xalla şərikli liderdir.