RU

Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz Orxan Saffari yazır...

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda şeirləri pis-pis deyən aktyorlar var. Məsələn, Nurəddin Mehdixanlı, Ağalar Bayramov, gənclərdən Tural Əhməd və başqaları.

Ancaq onların belə əlinə su tökə bilmədiyi bir adam da Kamran Yunisdir. Başqa qiraətçilər nə qədər qışqırırlarsa, qışqırsınlar, ağlayırlarsa, ağlasınlar, yenə də heç biri Kamran Yunis ola bilməzlər.

Ümumiyyətlə, günlərin bir günü istedadla Kamran Yunis arasında bərk dava düşüb. Fəqət heç biri döyə bilməyib. İstedad düşdüyü bu vəziyyətdən utanaraq Kamran Yunisin vücudunu tərk edib və bir daha geri qayıtmayıb. Allah var, heç Kamran müəllimin özü də o gündən sonra istedadı axtarmayıb, başlayıb onsuz ömür sürməyə. Görüb ki, bu cəmiyyətdə bu cür də olur.

Şairlərimiz heç, qınamıram, müəllim əziyyət çəkir, şeirlərini səsləndirir, neylərsinlər? məcburən təşəkkür edirlər, paylaşırlar. Bəs bu siravi dinləyiciyə nə gəlib? Onlar niyə özlərinə zülm edirlər, qulaq asırlar?

Kamran Yunisi Nurəddin Mehdixanlıdan, Ağalar Bayramovdan fərqləndirən xüsusiyyətlər var. Məsələn, onlara nisbətdə Kamran Yunis qışqıra bilmir. Ya da bilir, ancaq qışqırmır. Buna görə, əlbəttə, Azərbaycan şeiri adından Kamran müəllimə təşəkkür edirəm.

Fəqət onu da deyim, qışqırmasa belə, yenə də o səs adamın başına düşür.

Ancaq etiraf etməliyəm ki, Kamran Yunis Nurəddin Mehdixanlıdan da, Ağalar Bayramovdan da istedadlı adamdır. Təkcə bunlardan, başqlarından yox.

Kamran Yunisin qiraət elədiyi şeirlərdən qəribə səslər gəlir. Təxminən belə:

Fffff, ssssss, hhhhh.

Onun bəndən bəndən keçidi məni məndən alır, aparır uzaqlara, ancaq gətirmir. Şeir dil açıb özü deyir ki, adamı apararlar, gətirməzlər.

Kamran Yunisin qiraəti insanın ruhuna heç nə demədiyi kimi, aktyorluğu da adama heç nə demir. Oynadığı rollar da, dediyi şeirlər də dil açıb deyir ki, ay Kamran müəllim, axı bizdən nə istəyirsiniz? Sizə nə pisliyimiz keçib?

Hər yerdə görünən, ancaq heç nə ifadə etməyən bir aktyor oyunu, sima var onda.

Onun sənət dünyasında fərqləndirən bir nüans da var, o da Xəlil Rza Ulutürkün bacısı oğlu olmağıdır.

Ancaq etiraf edək ki, Kamran Yunis nə hansısa xüsusi bir rolu ilə sənətdə qalıb, nə də qiraəti ilə.

Nə izi var, nə tozu. Quruca bir adı var.

Məsələn, adam istəyir, o şeir deyib qurtarandan sonra desin ki, Kamran müəllim, bəs şeiri nə vaxt deyəcəksiniz?

Aktyorluqda “obrazda yaşamaq” deyə anlayış var. Kamran Yunis isə obraza kirayə qalmağa da razı olmur. Girir, bir az dayanır, sonra yenə çıxıb gedir. Özü də ayaqqabılı, yerlərdə silinmiş vəziyyətdə olur.

Normal halda tamaşaçı aktyordan səhnədə performans gözləməyinə baxmayaraq, Kamran Yunis özü tamaşaçıdan nəsə gözləyir. Ancaq heç bilmir ki, nə.

Məncə, uzun illər sonra onun haqqında deyiləcək:

Kamran Yunis Azərbaycan səhnəsində uzun müddət fəaliyyət göstərmiş, lakin sənətşünasları konkret nümunə tapmaq baxımından ciddi şəkildə düşündürmüş aktyordur”.

İnanmıram ki, Kamran Yunis performansı insanları başqa cür düşündürə bilsin.

Axı müasir dövrdə belə fərqlənə bilməyən adam yüz il sonra nə ilə seçiləcək?

Onun indiki yaradıcılığı nəyə, kimə lazımdır ki, yüz il sonra da sənətə filan lazım olsun?

Mən şəxsən Kamran Yunisə ən azı Azərbaycan şeirindən əl çəkməyi arzu edirəm.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
icma.az

1Источники