RU

Bakıda dünya çempionatı keçiriləcək SİYAHI

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Beynəlxalq Çövkən Federasiyasından bildirilib.

Son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib.

Turnirdə təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan isə Uruqvay və Çili yığmaları mübarizə aparacaq.

Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
1
bakivaxti.az

8Источники