
İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Hörmüz boğazına yaxınlaşarsa və ya keçməyə cəhd edərlərsə, onlara hücum edəcəyini bildirib.
Missiya.Az xəbər verir ki. bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı bu barədə məlumat yayıb.
"Xəbərdarlıq edirik ki, istənilən xarici silahlı qüvvə, xüsusən də işğalçı ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və ya girməyə cəhd edərsə, hücuma məruz qalacaq", - deyə vurğulanıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin bu gündən etibarən Hörmüz boğazında “Azadlıq Layihəsi” adlı humanitar əməliyyata başlayacağını elan edib.
Daşqın HəsənovMissiya.Az