RU

Küveyt xarici işlər naziri Türkiyəyə gəlir - Bu məsələlər müzakirə olunacaq

Küveytin xarici işlər naziri Cabir əl-Əhməd əs-Sabah bu gün Ankaraya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi mənbələri məlumat yayıb.

Bildirilib ki, əs-Sabah səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşəcək. Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi addımları müzakirə olunacaq.

Məlumata görə, müzakirələr həmçinin, müdafiə sahəsində əməkdaşlıq, regional inkişaf, xüsusən də Qəzza və ABŞ-İran münasibətlərini əhatə edəcək.

Bildirilib ki, Türkiyə ilə Küveyt regional və beynəlxalq məsələlərdə yaxın koordinasiyanı davam etdirir və iki ölkə arasındakı ticarət həcmi 2025-ci ilin sonu etibarilə 1 milyard dollardan çoxdur.

Избранный
10
publika.az

1Источники