RU

Kaya Kallas sabah Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.

Missiya.Az xəbər verir ki, Kallas Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Qeyd edək ki, Kallas hazırda Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edir və oradan Azərbaycana səfər edəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники