RU

Qazlı içkilər zərərlidir, bəs duşes?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qazlı içkilərin insan orqanizminə zərərləri tez-tez müzakirə mövzusu olur. Çoxları elə düşünür ki, uşaqlıqdan bəri tanıdığımız duşes digər rəngli və qazlı içkilərdən daha zərərsizdir.Demokrat.az xəbər verir ki, mütəxəssislər duşes tipli içkilərin də sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirirlər. Bu içkilərin tərkibində təbii armud şirəsi demək olar ki, yoxdur. Onların dadı və rəngi çox vaxt kimyəvi qatqılar, aromatizatorlar və boyaq maddələri hesabına əldə edilir.Duşesin tərkibindəki yüksək şəkər miqdarı digər qazlı sularla eyni səviyyədədir. Bir stəkan belə içki qəbul etdikdə bədənə həddindən artıq şəkər daxil olur. Bu isə zamanla artıq çəki, diş çürüməsi və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Karbon qazı isə mədə-bağırsaq sistemində köp yaradaraq həzm prosesini çətinləşdirir.Yəni, duşes təbii meyvə dadı versə də, əslində digər qazlı içkilər kimi yüksək şəkər və kimyəvi qatqılardan ibarətdir və müntəzəm istifadəsi sağlamlığa ziyan vurur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
demokrat.az

1Источники