Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin saytında məlumat dərc edilib.
Səfər mayın 5-də baş tutacaq. Kallas səfər çərçivəsində bir sıra ikitərəfli danışıqlar aparacaq, o cümlədən Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşəcək.