BAKI, 4 may. TELEQRAF
“Azərbaycan Prezidenti ilk dəfədir Ermənistanda keçirilən tədbirdə (onlayn formatda) iştirak edir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.