RU

Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb - FOTO

Ukrayna

Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb.

APA-nın Moskva bürosu hadisə yerindən xəbər verir ki, Ukrayna pilotsuz uçuş aparatının vurduğu bina Rusiya paytaxtının Ramenski rayonunun Mosfilmskaya ev 8 ünvanında yerləşir.

Dünən gecə saat 1 radələrində Ukrayna pilotsuz uçuş aparatı 52 mərtəbəli "Mosfilmskiy" Yaşayış Kompleksinə düşüb. Moskva meri Sergey Sobyanin Ukrayna dronun binanın 36-cı mərtəbəsində düşdüyünü və həmin mərtəbənin tamamilə dağıldığını bildirib.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, güclü partlayış səsi eşidilib.

Dronun vurduğu bina mühasirəyə alınıb. Əraziyə hüquq-mühafizə orqanları və fövqəladə hallar nazirliyinin xilasediciləri cəlb olunub. Binanın əhalisi təxliyə olunub.

Rusiya Müdafiə Nazirliyi dünən ölkə ərazisində ümumilikdə 117 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Moskva ərazisinə düşən dronun hava hücumundan müdafiə sistemlərinin hədəfindən yan keçdiyi və birbaşa çox mərtəbəli yaşayış binasına çırpıldığı bildirilir.

Ukrayna Ukrayna Ukrayna Ukrayna Ukrayna

Избранный
5
3
xalqcebhesi.az

4Источники