Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
Oman sahillərindəki Ərəbistan dənizinin suları kiçik karideslərin kütləvi şəkildə məhv olması səbəbindən qırmızı rəngə boyanıb.
"Unikal" xarici mətbuata istinadən verir ki, qeyri-adi hadisə ölkənin cənub-qərbindəki Mirbat şəhəri yaxınlığında müşahidə edilib.
Mirbatın Vəhşi Təbiət və Su Ehtiyatları İdarəsi və yerli bələdiyyə çimərliyə gələnləri və ətraf mühiti qorumaq üçün sahili karideslərdən təmizləyir.
Yerli hakimiyyət orqanları karidesin ölümünün dəniz suyunda temperatur və oksigen səviyyəsindəki dəyişikliklərlə əlaqəli olduğunu bildirib.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.