RU

Paşinyan Bakıya gələcək

Ermənistan Baş naziri Nikol Paşinyan 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.


Manset.az Report-a istinadən xəbər verir ki, o bunu İrəvanda "Avropa Siyasi Birliyi"nin sammitində çıxış edərkən bəyan edib.

"Ümid edirəm ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitində iştirak üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - N.Paşinyan qeyd edib.

Onun sözlərinə görə, "Avropa Siyasi Birliyi"nin sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün mühüm rol oynayıb:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mənim ilk ikitərəfli görüşüm məhz Praqada (2022-ci ilin payızında - red.) "Avropa Siyasi Birliyi"nin ilk sammiti çərçivəsində baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti "Avropa Siyasi Birliyi"nin sammitində iştirak etmək üçün İrəvandadır və Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub".

Избранный
19
5
manset.az

10Источники